Çərşənbə axşamı, 30 Aprel

Medvedev Latviyanın keçmiş daxili işlər nazirini "AXMAQ" ADLANDIRDI

image

Medvedev Latviyanın keçmiş daxili işlər nazirini “axmaq” adlandırıb. 

Xəbər verilir ki, o, bu barədə öz Telegram kanalında yazıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Medvedev Latviyanın keçmiş Daxili İşlər Nazirliyinin naziri Maris Qulbisin Kalininqrad açıqlamasına münasibət bildirib.

“Ruslara açıq siqnal göndərilib, əgər çox atdanıb-düşərlərsə, Köniqsberqi (Kalininqrad) alacağıq”, – Qulbis deyib.

Medvedev Qulbisin bəyanatına cavabında onu “axmaq” adlandırıb.

“Orada hansısa bir axmaq, Latviyadan olan keçmiş nazir siqnal göndərib ki, NATO və Avropa İttifaqı Kalininqradı əlimizdən alır. Deyəsən pis bir şey içib və ya yeyib.

Üçüncü dünya müharibəsinə başlamağı təklif edir. Özünə gələcək və qapısındakı hər xışıltıdan qorxacaq. Düz edəcək. Bizim yaxşı yaddaşımız var…”, – Medvedev yazıb.

Xatıraladaq ki, İyunun 18-də Litva Rusiyanın regionlarından Kalininqrad vilayətinə dəmir yolu ilə tranzitlə daşınan sanksiyalara məruz qalan malların keçidini dayandırıb. İyunun 21-də məhdudiyyətlərin yük daşımalarına da təsir etdiyi məlum olub. Rusiya Xarici İşlər Nazirliyi və Kreml dəfələrlə Litvanın hərəkətlərinin qanunsuz və beynəlxalq müqavilələrə zidd olduğunu bildirib. Litvada və Aİ-də, eyni zamanda, onlar əmin edirlər ki, ölkə heç bir təktərəfli və ya əlavə məhdudiyyətlər tətbiq etməyib, yalnız ardıcıl olaraq Aİ sanksiyalarını tətbiq edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42